"Azərtelekom"un rəhbəri dəyişdi

Azərtelekom MMC-nin rəhbəri dəyişib.
 
Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.
F. Allahverdiyev açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.
Qeyd edək ki, "Azərtelekom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. "Azərtelekom" şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.
Şirkətin səhmdarları Azərfon MMC (95%), Aztelekom MMC (2,5%) və Bakı Telefon Rabitəsi MMC-dir (2,5%)./apa