​“Azərsu” sədrinin qardaşına qarşı ŞOK İTTİHAMLAR: “Dövlət əmlakını mənimsəyib...” – Baş prokurora müraciət olundu

Baxış sayı:
9365

Fizuli rayonu Böyük Bəhmənli kənd sakini İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə baş prokror Zakir Qaralova müraciət edən şikayətçi yazır: “Cənab Baş prokuror! Sizə müraciətimdə məqsədim odur ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində mənə məlum olan və faktlarla təsdiq edilmiş Dövlət əmlakının mənimsənilməsi, talan edilməsinə qarşı AR CPM-nin tələblərinə uyğun olaraq cinayət təqibinin aparılması yerinə yetirilmir. Bildirirəm ki, bölmənin təhqiqatçısı R.Güləliyev yuxarıda qeyd etdiyim ciddi cinayət faktını guya araşdıraraq, nəticədə rədd edilməsi barədə qərar qəbul etmişdir. Baxmayaraq ki, Polis İdarəsinə mənim şikayətim üzrə ərizə sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş və səbəb kimi analoji faktların araşdırılmasının DİN-nın səlahiyyətləri daxilində olduğu bildirilmişdir. Hörmətli Zakir müəllim! Hüquqşunas olmasam da bilirəm ki, rüşvətxorluq, korrupsiya, xüsusilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları üzrə cinayət təqibi bilavasitə və birbaşa prokurorluq orqanlarının səlahiyyətlərinə aiddir. Buna baxmayaraq, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi ərizələrimi Sabunçu RPİ-nə göndərmişdir ki, onlar da mənimlə şəxsən görüşdə birmənalı şəkildə bildirmişdilər ki, ərizədə göstərdiyiniz faktların mümkünlüyünün yoxlanılması səlahiyyətlərimiz daxilində deyil. Cənab Baş prokuror! Sizdən mənə məlum olan korrupsiya və dövlət əmlakını talama faktlarına tərəfinizdən qiymət verilərək, hal-hazırda Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqat şöbəsində təhqiqatçı R.Güləliyevin icraatında olan ərizəni aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə gətirilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm. Ümidvaram ki, ərizəmdə qeyd etdiyim Azərbaycan və qardaş Türkiyə Cümhuriyyəti arasında yüksək dostluq, qardaşlıq münasibətlərini poza biləcək, bu gün YAP bayrağı altında gizlənmiş, lakin çoxlarına “Nurçu”, ”Fetoçu” kimi tanınan “AZƏRSU” ASC-nin prezidenti Qorxmaz Hüseynovun havadarlıq etdiyi qardaşı Faiq Hüseynov tərəfindən dövlət əmlakını mənimsəmə, talama faktının araşdırılması, günahkarların layiqli cəzalarına çatdırılması sizin şəxsi təşəbbüs və nəzarətinizlə həllini tapacaqdır”. Muxalifet.az Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.