“Azərpoçt”un şöbə müdiri işdən çıxdı

Baxış sayı:
5902

“Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, bundan əlavə, əməliyyatlar şöbə rəisi Fərid Hüseynov da istefa verib.

Eyni zamanda qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə MMC-dən ayrılıblar.

Qeyd edək ki, hər üç şəxs öz ərizəsi ilə, yeni iş yeri seçdiklərini əsas gətirərək tutduğu vəzifələrdən azad olunmalarını rəhbərlikdən xahiş ediblər.

Xatırladaq ki, şöbə rəisi R. Dünyamalıyev sözügedən qurumda 2008- ci ildən fəaliyyət göstərib.