​“Azərişıq” cənub bölgəsində yenidənqurma işləri aparır

Baxış sayı:
3931

"Azərişıq” ASC Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələri hissə-hissə yenidən qurur.
 
Muxalifət.az xəbər verir ki, 2018-ci ilin arxada qalan ayları ərzində Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib.
Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib.
Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.
Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0.4 kV –luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda anoloji proses rayonun Orand kəndində aparılır.
Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənərək sayğaclar çölə çıxarılır.
Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir.
Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində KTM-lər qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.