“Azərişığ”ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Baxış sayı:
1794

Bu gün günün ikinci yarısında Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. 

“Report” xəbər verir ki, adı hələ məlum olmayan Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı hadisə yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.