“Azəriqaz”ın şöbə rəisi vəfat etdi

 “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi Harun Vahabov vəfat edib.
 
Harun Vahabov avqustun 12-də ürəktutmasından vəfat edib. Qeyd edək ki, hadisə H.Vahabov məzuniyyətdə olarkən baş verib.
Xatırladaq ki, 1964-cü ildə anadan olan H.Vahabov Azəriqaz İB-də müxtəlif vəzifələrdə çalışıb.