"AZƏRİQAZ"DAN İŞÇİLƏRİNƏ XƏBƏRDARLIQ: "3 AY MAAŞ OLMAYACAQ" – AÇIQLAMA

Sosial şəbəkələrdə "Azəriqaz" ASC-nin işçilərinə maaş verməməsi ilə bağlı məlumat yayılıb.
 
Məlumatda "Azəriqaz"da işləyən şəxslərin bir aydır maaş ala bilmədiyi yer alıb. İddialara görə, "Azəriqaz" işçilərinə büdcədə pul olmadığını, 3 maaş verilməyəcəyini bildirib. Məsələ ilə bağlı saytımıza açıqlama verən "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev məlumatın əsassız olduğunu bildirib: "Bu aya kimi olan bütün maaşlar verilib. Nə maliyyə problemi var, nə də işçilərin maaşında gecikmə"./primetime.az