“AZƏRİQAZ”DAKI YEYİNTİ FAKTI BARƏDƏ ŞOK AÇIQLAMA –“1 manatlıq malın 38 manat manata rəsmilşdirilməsi realdır”

Qubad İbadoğlu: “Bu, ciddi korrupsiya fakı kimi dəyələndirilməlidir”

Namizəd Səfərov: “İstintaq orqanları fakta reaksiya verməlidirlər”

“Azəriqaz”ın keçmiş işçisi: “Elektron sayğacda ayda 1000 kubmetr fərq olur”

Bu yaxınlarda Dövlət Statistika Komitəsi “Azəriqaz”da ötən il ərzində 144 milyon kubmetr qazın itkiyə getdiyini açıqlamışdı. İndi isə “Ernst and Young” beynəlxalq audit şirkəti qaz itkisinin həcmini Dövlət Statistika Komitəsinin açıqladığından dəfələrlə çox, yəni ötən il ərzində 700 milyon kubmetr itki olduğunu açıqlayıb.
Bu isə Albaniya kimi kiçik ölkənin illik qaz tələbatının az qala hamısı, Gürcüstan və Ermənistanın qaza olan tələbatının isə üçdə biridir.
Hesabatda o da qeyd olunur ki, “Azəriqaz” İB-nin şəbəkəsində ildə 508 mindən çox qaz sızması qeydə alınıb və sızmaların cəmi 23.6 faizi vaxtında aradan qaldırılıb.
Auditin nəticələrinə görə, “Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərclərində və təmir işlərində şişirdilir. Alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir.
Auditin nəticəsində o da bildirirlir ki, “Sentra” adlı podratçı hətta “Azəriqaz”ın sifarişini bazar dəyərindən düz 38 dəfə baha yerinə yetirib.
Mövzunun aktullığını nəzərə alıb, iqtisadçı Qubad İbadoğluna sual ünvanlıdq ki, qaz sızması nəticəsində 700 milyon kubmetr qaz itkisi mümkündürmü?
Hurriyyet.org-un sualını cavablandıran Q. İbadoğlu bildirdi ki, söhbət itkinin fazindən yox, onun mütləq ifadə ilə dəyərləndirilməsindən gedir: “Azərbaycanda qaz istehlakı o qədr yüksək deyil ki, biz onu norma həddində qəbul edək. Açıqlanan həcm təbii ki, normadan yuxarı itki hesab olunmalıdır”.
İbadoğlu dedi ki, “Ernst and Young” 1 manatlıq malın 38 manat manata rəsmilşdirilməsini açıqlayıbsa, ona inanmaq olar: “Ernst and Young” dünyanın aparıcı və tanınmış auditor şirkətidir, onların bu gün nüfuzu etimadın üzərində qurulubdur. O baxmdan, onların hesabatında belə bir fakt öz əksini tapıbsa, mən ona inanmaq məcburiyyətindəyəm. Çünki “Ernst and Young” hər il auditor yoxlaması aparır və maliyyə hesabatı nəzərdən keçirir. O halda, “Ernst and Young”un informasiyaları təbii ki, digərlərindən çox olmalıdır. Bildiyim qədər, SOKAR-ın hesabatını da “Ernst and Young” aparıbdır. Bu audit şirkəti etibarlı mənbə hesab olunur. O baxımdan, inanmaq olar. Bu fakt həqiqətən təsdiq olunarsa, bu artıq ciddi korrupsiya fakı kimi dəyələndirilməlidir”.

“Qaz itkilərində Bakının xüsusi çəkisi 68,5 faizdir”

“SOKAR-ın “Azəriqaz”ın saxlanması üçün nə qədər vəsait xərcədiyini bilmirəm. Statstik göstəricilərdə SOKAR ildən-ilə həm daxili də qaz istehlakının  azaldılmasını göstərir,  həm də qazpaylayıcı şəbəklər vasitəsilə qazın ötürülməsi haqda itkilərdən məlumat verir. Onu da qeyd edim ki, bu itkilərin böyük hissəsi Bakının payına düşür, yəni qaz itkilərində Bakının xüsusi çəkisi 68,5 faizdir. Halbuki qazın sərfiyyatında Bakının xüsusi çəkisi 47,9 faizdir, yəni ən böyük itki Bakıda sərf olunur, rəsmiləşdirilir. Ancaq Bakının qaz paylayıcı şəbəkləri daha müasir texnologiya ilə təmin olunub. Amma buna baxmayaraq Bakıda qaz itkilərinin qarşısını almaq mümkün deyil. Bu baxımdan, kifayət qədər böyük itkilər var. Bunu yalnız “Ernst and Young” təsdiq etmir, rəsmi statistik məlumatlardan da tapmaq mümkündür” - dedi iqtisadçı.

“Qaz itkiləri məsələsində səmərəli idarəetmə mexanizmi qurulmayıb”

İbadoğlu qeyd etdi ki, qaz itkilərinin bir hissəsi texniki, bir hissəsi kommersiya səbəblərindən baş verir: “İstənilən halda, qaz itkiləri normadan yüksəkdir. Çünki qaz itkiləri məsələsində səmərəli idarəetmə mexanizmi qurulmayıb. Həm qazın itkisi, həm də kefiyyətində problemlər var. İndiyə kimi nə qədər adam qaz istehlakı zamanı dəm qazından boğularaq dünyasını dəyişib”.
“Qaz itkilərinin Bakıda çox olmasının səbəbi nədir, yeyinti çoxdur, yoxsa nə ilə bağlıdır” sualına isə iqtisadçı belə cavab verdi: “Onun səbəbini deyə bilmərəm. Amma itkilərin çox hissəsi Bakının üzərinə düşür. Baxmayaraq ki, Bakıda qaz paylayıcı şəbəklər daha müasir texnologiya təmin olunub. Əslində,  nəinki rayonlarda, Bakıda qaz itkisi az olmalıdır. Görünür, itkinin Bakıda çox olmasının başqa səbəbləri də var. Onu izah etməkdə çətinlik çəkirəm”.

“Dövət “qaz vurub, qazan doldurmaq”la qazın qiymətini artırır”

Tanınmış hüquqşünas Namizəd Səfərov isə bildirdi ki, bü gün qazla bağlı problemlər çoxdur: “Birincisi, qazın qiymətinin bu qədər qaldırlması reallıqdan uzaqdır. Qazın qiyməti qalxandan sonra şəhərdə kütləvi şəkildə ümimi sistemlə qızdırılan yeni binalarda istilik sistemini ləğv edirlər. Deyirlər ki, zəhmət çəkin, özünüzə fərdi qaydada kombi sistemi çəkin”.
Səfərov qeyd etdi ki, qazın qiymətini o qədər qaldırdılar ki, firmalar vahid sistemlə binaları qızdıra bilmirlər: “Ödəniş haqları o qədər qalxıb ki, deyirlər, bacarırsınız özünüz ödəyin, bacarmırsınızsa, artıq biz ödəyə bimirik. Ona görə, vətəndaşlar evlərini fərdi qaydada qızdırma sisteminə keçirlər. Dövlət təbii çıxan qazı öz vətəndaşına o qədər yüksək qiymətlə satır ki, bu reallığı əks etdirmir. Dövət “qaz vurub, qazan doldurmaq”la qazın qiymətini artırır. Müssisələrə o qədər borc yükləyirlər ki, siz, guya, bu qədər qaz istifadə etmisiniz, pulunu ödəyin. Əslində, saxta ödəniş qəbzlərini yoxlayırlar. Problemin digəri də buradan çıxır”.
“O ki qaldı qaz itkisinə, bü gün doğrudan da ölkədə yeni texnologiyanın tətbiq ilə yanaşı normal qaz ötürücü, yəni boru sistemi yoxdur. Itkiyə həqiqətən yol verilir. Bu itkinin məsuliyətini “Azəriqaz” çəkməlidir, ayrı təşkilatlar yox. “Azəriqaz” mərhələ-mərhələ köhnə qaz sistemini dəyişməlidir. Böyük problemlərin də biri özünü burada göstərir. Ancaq bunları edən yoxdur, yalnız vətəndaşlardan, təşkilatlardan daha çox pul qopartmq məqsədi güdülür”, - deyə hüquqşünas əlavə etdi.

“Hansısa məsələ kimisə qane etmirsə, araşdırılmır”

Səfərov hesab edir ki, yeyinitini aşkar etmək üçün audit yoxlaması keçirilməlidir: “Dövlət bunda maraqlı olmalıdır ki, bu yeyintinin mənbəyini aşkar etsin və buna məsuliyyət daşıyan şəxsləri cinayət məsuliyyətinə cəlb etsin. Dövlət bunda maraqlı deyil. Buna böyük bir zəhmət də lazım deyil. İstintaq orqanı bu yeyintinin mənbəyini tez bir zamanda aşkar və təqsirli şəxsləri də cinayət məsuliyyətinə cəlb edə bilər. Ancaq təəssüf ki, etmirlər. Fakt var, ancaq reaksiya vemirlər. İstintaq orqanları buna reaksiya vermlidirlər. Əslində, qanun tələb edir ki, mətbuatda cinayət faktları ilə bağlı məlumatlar yayıldısa, bunu istintaq orqanı, prokurorluq araşdırmalıdır. Ancaq araşdıran yoxdur.  Hansısa məsələ kimisə qane etmirsə, araşdırılmır”.

“Bir-birinə fırıldaq gəlirlər”

“Azəriqaz”ın keçmiş işçisi Baba Rzayev isə hesab edir ki, qaz sızması boş şeydir, sadəcə, itkini bu adla ört-badır edirlər: “Əvvəllər bu itki 144  milyon kubmetr indi də 700 miyon kubmetr oldu? Belə çıxır ki, turbaların ağzını açıq qoyurlar, qaz süzülür, gedir. Bəs, indiyə kimi, nə üçün xəbər tutmayıblar ki, bu qədər itki əmələ gəlib? Hər ay balansı yoxlayırlar. Bəs, onda nə üçün ölçü götürüb, bunun qarşısını almırdılar? Turbaları elə açıb buraxırlar ki, qaz özbaşına getsin, belə şeyə olar ki?! Təkdən bir qaz sızması olur. Qaz sızması boş şeydir. Bunlar görürlər ki, itkiləri var. Bu itkini hara yazsınlar? Bir az qaz sızmasına, bir az oğurluğa yazacaqlar, guya, əhali oğurlayıb. Nə əcəb yazmırlar ki, əhali oğurlayıb? Bir -birinə fırıldaq gəlirlər”.
“Azneft” sərfiyyatı elektron, “Azəriqaz” isə mexaniki ilə hesablayır”
Rzayev nəzərə çatdırdı ki, “Azneft”in kompyuterləri veriləndən çox yazır, düzgün işləmir: “1000 kubmetr verilirsə, kompyuter 1200 kubmetr yazır. Eyni zamanda sayğaclarda həm elektron, həm də mexniki göstəricilər var. Əvvəllər sayğaclar mexaniki idi, indi elektron sayğacları da ona qoşublar. Elektron sayğaclar isə çox yazır. “Azəriqaz” mexanki ilə olduğunu yazır, “Azneft” isə sayğaclar elektron oxuyur. Hər sayğacda heç olmasa ayda 1 abonent üçün 1000 kubmetr fərq olur. Elektron ilə mexaniki sayğacların arasında böyük fərq var. Buna baxmayaraq “Azneft” sərfiyyatı elektron ilə, “Azəriqaz” isə mexaniki ilə hesablayır. O fərqin qarşısında 700 milyon itki də bəlkə azdır. “Azneft” bunu belə sırıyır, yoxsa “Azəriqaz”da bu qədər fərq ola bilməz, 700 milyon yox, bəlkə “Azəriqaz”ın cəmi 1 milyon itkisi olar. Onlar o itkini də kompensasiya edirlər, qaza hava vururlar. Həmin hava da sayğaclardan keçir, axı. O da sərfiyyat yazır. Həmin o itkini onunla ort-basdır edirlər. Deməli, itki tamam başqa yerdədir, qaz sızmasında deyil”.

“Həm komyuterlədə, həm də sayğaclarda  “Azəriqazı”ı aldadırlar”

Azəriqazın keçmiş işçisi onu da vurğuladı ki, həm komyuterlədə, həm də sayğaclarda “Azəriqazı”ı aldadırlar: “Təkcə Nizami rayonunda 53 min abonent var. Bakda da 10 rayon var. Gör, hər abonentdə 1000 kubmetr artıq sərfiyyat hara gedir, çıxır. 700 milyon hələ azdır”.