​“Azəriqaz” rəhbəri də İSTEFAYA GÖNDƏRİLDİ - Əkbər Hacıyevin yerinə baş direktor təyin edildi... / YENİLƏNİB

Baxış sayı:
1486

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib.
R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:
“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.
 
**
Ölkədə aparılan struktur və kadr islahatları davam edir. Modern.az-ın əldə etdiyi məlumata görə, növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılacaq.
Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad olunacağının gözlənildiyi vurğulanır. Onu yerinə isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevin gətiriləcəyi bildirilir.
Əldə etdiyimiz digər məlumatda Əkbər Hacıyev Qaz İxracı İdarəsinə rəis təyin olunacağı qeyd olunur.
Məsələ ilə bağlı  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-a açıqlamasında mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını bildirib.