"Azəriqaz" əməkdaşları istirahət günlərində də işləyəcək

Baxış sayı:
4048

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.
İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub.
Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.