"Azərenerji"nin rəhbəri kabinetinə cadu etdirdi - ŞOK VİDEO

Baxış sayı:
673

"Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələnməsi ilə bağlı video yayılıb.
Muxalifet.az "Yeniavaz.com" saytına istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda dini qiyafədə olan bir şəxsin şam yandıraraq, Baba Rzayevin qəbul otağı olduğu iddia edilən kabinetin qarşısında dualar oxuyur. 
Otağın qapısın yanındakı lövhədə isə "B. H. Rzayev" yazılıb. 
Həmin şəxs daha sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir.
Qeyd edək ki, Azərbaycanda vəzifəli şəxslərin falçılara, cadugərlərə inanması, onların “köməklərindən” yararlanması barədə mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı məlumatlar yayımlanır.
Həmin görüntüləri təqdim edirik: