Azərbaycanlıya 8 il iş verildi – RUSİYADA

O, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək
 
Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
Məlumata görə, təqsirləndirilən şəxs 2013-ci ildə miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar Rusiyadan çıxarılıb və 2018-ci ilin dekabr ayına qədər Rusiya ərazisinə girişinin qadağan olunması barədə məlumatlandırılıb.
Lakin o, Azərbaycanda olarkən soyadı və atasının adını dəyişərək yeni milli pasport alıb. Bundan sonra 2016-ci ilin iyununda Moskva vilayətindəki "Şeremetyevo" hava limanı vasitəsilə Rusiya ərazisinə qanunsuz daxil olub.
Bundan əlavə, 2016-cu ilin dekabrında Arxangelskdə mübahisə zamanı təqsirləndirilən şəxs qətl məqsədilə tanışının qarın nahiyəsinə bıçaq zərbələri endirib, nəticədə həmin şəxsin sağlamlığına ağır zərər yetirib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.