​Azərbaycanlılarla türklər Macarıstanda PKK tərəfdarları ilə ÜZ-ÜZƏ GƏLDİ

Baxış sayı:
2908

Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatına etiraz ediblər.
Milli.az xəbər verir ki, Macarıstanda yaşayan türklər və azərbaycanlılar etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan azərbaycanlılar türklərlə birlikdə "Şəhidlər ölməz, vətən bölünməz!", "PKK terror təşkilatıdır!" şüarları səsləndiriblər. Onlar birlikdə İstiqlal marşını oxuyublar.
Nəticədə 30 nəfərdən ibarət PKK tərəfdarları ərazini tərk etməyə məcbur qalıblar.