​Azərbaycanlılarla çeçenlər arasında QANLI DAVA: 7 nəfər...

Baxış sayı:
17383

Almaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində "Brasil" restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.
Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.
Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.
Xatırladaq ki, bundan öncə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.