Azərbaycanlıların şəhərində əslində nə baş verir? - Yeddi güc ÜZ-ÜZƏ

Kərkük işğaldan azad edildi, lakin bu prosesdə xaos yaşandığı da diqqətdən qaçmır. Bir tərəfdə Bərzani və Tələbaninin partiyaları və onlara bağlı perşmərgələr, həmçinin, PKK terrorçuları, digər tərəfdə, İraq ordusu, İrana bağlı Haşdi Şabi gücləri və türkmanlar. Bütün bunlarla yanaşı, İŞİD terrorçularının da bölgədə olduğu deyilir. Maraqlıdır, Türkiyə Kərkük əməliyyatının harasındadır?
Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı Kərkük ətrafında baş verənləri araşdırıb.
 
Kərkük əslində kimə bağlı olmalıdır?

İraq ordusu ilə İrana bağlı Haşdi Şabi gücləri qanunsuz referendumdan sonra Kərkükü geri aldı. Əslində 2014-cü ilin iyununa qədər Kərkük mərkəzi Bağdad hökumətinin nəzarətində idi. 2014-cü ilin 11 iyununda İŞİD Mosulu işğal edəndən İraq ordusu bir gecədə geri çəkildi. Bir neçə gün sonra Kərkükdə də eyni ssenari yaşandı. İraq əsgərləri İŞİD bəhanəsi ilə Kərkük tərk edəndə, idarəçilik peşmərgəyə qaldı.
 
Bərzani-Tələbani davası

Peşmərgə iki hissədən ibarətdir. Biri Bərzaninin, digəri Tələbaninin. İraq konstitusiyasının 140-cı maddəsinə görə, Kərkük mübahiləsi bölgədir, təni statusu bəlli deyil. Amma yerli idarəçilik haqqı Bağdada aiddir. Malikinin baş nazirliyi dövründə İraq ordusu mübahisəli bölgə olan Mosul və Kərkükdən çıxdı. Mosul İŞİD-in, Kərkük isə İrana yaxınlığı ilə seçilən Tələbaninin partiyasının nəzarətinə keçdi.
2016-cı ilin oktyabr ayında Mosul əməliyyatı ilə mübahisəli bölgələr məsələsi yenidən gündəmə gəldi. Mosul əməliyyatı başa çatandan sonra Bərzani qanunsuz referendum keçirtdi və Kərkük də bu referenduma daxil etdi. Referendumdan sonra İraq ordusu Kərkük geri aldı. Kərkükdə Tələbani gücləri ilə Bağdad və Haşdi Şabi razılaşdı. Bərzani kənarda qaldı. Beləlikllə, kürdlər arasındakı çat daha da böyüdü və Kərkük əməliyyatından sonra Bərzani tərəfdarları Tələbani tərəfdarlarına qarşı “Vətən xainləri, bizi satdınız” ittihamı irəli sürdü.
 
Türkmanların vəziyyəti

Kərkük türkman şəhəridir. (Türkmanlar zamanında Azərbaycandan gedənlər olduğu üçün, bir çox hallarda Kərkükə azərbaycanlıların şəhəri də deyilir). Şəhərin çoxu sünni, Tuzhurmatu kimi bölgələr isə şiə türkmanlardır. Ərbildə çox az sayda olan türkmanlar isə Bərzani ilə hərəkət edir. Onlar illərlə edilən təzyiq qarşısında Kürdüstan Demokrat partiyasının türkman qoluna girməyə məcbur olublar. Onlardan başqa sünni və şiə türkmanlar Kərkük əməliyyatında İraq ordusunu dəstəklədi. Hətta şiələrin bir qismi Haşdi Şabiyə qatıldı. Bununla yanaşı, türkmanlar arasında sünni-şirə fitnəsi çıxarmaq istəyənlər də oldu, lakin türkmanlar bu oyuna alət olmadılar və İraqın ərazi bütövlüyünə dəstək verdilər.
 
PKK

Kərkükdə 2014-cü ildəki peşmərgə nəzarətinin başlaması şəhərdə PKK varlığının da gücləndirdi. PKK-nın Qəndil və Sincarla yanaşı Kərkükdə də təşkilatlanması mövcuddur. İran müəyyən məqamlarda PKK-ya dəstək verir, hətta Haşdi Şabi ilə də əlaqələr mövcuddur. Lakin Bağdad hökuməti PKK ilə əlasqələrini qəti şəkildə inkar etdi.
 
Türkiyə üçün əhəmiyyətli yer

PKK-nın Sincarda yerləşməsi Türkiyəni ciddi narahat edir. Peşmərgə Sincardan çəkildi və Kərkük kimi buranın da nəzarəti İraq hökumətinə keçdi. Sincar İraq və Sufriya arasında bağlantı nöqtəsidir. Bu xətdən 2015-ci ilə qədər İŞİD istifadə edirdi. Hətta ABŞ buna göz yumurdu. Sincar Mosulla Rakka arasında İŞİD üçün həyati əhəmiyyət kəsb edən xətt idi. 2015-ci ildə İŞİD buradan çıxarılandan sonra PKK terrorçuları bölgəyə yerləşməyə başladı. PKK ilə PYD terrorçuları son 2 ildə Sincar xəttini İraq-Suriya arasında istifadə edir.
 
İran, yoxsa Bərzani?

Türkiyədə ən çox müzakirə edilən məsələ İraqın şimalında Bərzaninin, yoxsa İranın Ankara üçün daha yaxşı olması məsələsidir. Bərzanini dəstəkləyənlər, “İndi də Kərkükə İran gəldi” deyir. İran pəncərəsindən baxanlar isə Bərzaninin məğlubiyyətini sevinclə qarşılayırlar.
Türkiyə üçün Bərzani bir dövr üçün yaxşı tərəfdaş idi. Bərzani ilə yaxşı münasibətlər avtomatik olaraq İranla pis münasibətlər deməkdir. Bu gün vəziyyət tam əksinədir. Vəziyyəti bu həddə çatdıran Bərzani oldu.
İran onsuz da indiyə kimi İraqın şimalında Süleymaniyə bölgəsində Tələbani üzərində ciddi təsirə malik idi. Həm də Tələbani vasitəsilə Kərkükdə də təsirini hiss etdirirdi.
 
Türkiyə İrana nə qədər etibar edə bilər?

Türkiyədə ən çox verilən suallardan biri budur. Sualı əksinə də çevirmək olar: İran Türkiyəyə nə qədər etibar edir? Əslində heç biri digərinə çox etibar etmir. Amma bu da həqiqətdir ki, İran ciddi təzyiq altındadır. Trampla birlikdə İsrailin təzyiqləri artırdı, Səudiyyə Ərəbistanın rəhbərliyindəki cəbhə də İrana qarşı getdikcə güclənir. Belə bir vaxtda İranın Türkiyə kimi gücə qarşı oyun oynamaq şansı yoxdur.
 
Kərkük əməliyyatında Türkiyə

Kərkük əməliyyatında İranın atdığı bütün addımları Türkiyə izləyirdi. Bununla yanaşı, türk əsgəri Şimali İraqda var və bölgəni tərk etməyib. Türkiyənin hazırladığı sünni döyüşçülər də Mosul və ətraf bölgələrdə aktivdirlər. Yəni İranın Şimali İraqda hər-hansı təşkilatlanması varsa, Türkiyənin bundan daha böyük gücü var(publika.az).