Azərbaycanlıların 55%-i demokratiyanın səviyyəsindən məmnun deyil

Baxış sayı:
10218

Turan İA

Azərbaycan vətəndaşlarının 81%-i hökumətə etibar edir, bir halda ki, siyasi partiyalar rəyi soruşulanların 45%-nin, Milli Məclis isə 65%-nin etibarını doğurur. Bu məlumatlar İNG maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alır. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı, ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.
 
Vətəndaşların 80%-ə qədəri ölkənin gələcəyinə nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83%-ə yaxını nikbinliklə baxır.
2016-cı ildən vətəndaşların nikbinliyi bir qədər azalıb. Müvafiq olaraq, bədbinlərin sayı artıb.
ACT LLC sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında sual veriblər.
53% demokratiyanın səviyyəsindən, 80% isə işsizlikdən narazılığını bildirib.
Daha sonra insanların aşağıdakı narazılıqları var:
Aşağı əmək haqqı və pensiyadan - 32%;
Təhlükəsizlik və müharibə təhlükəsindən - 27%;
Aşağı həyat standartlarından - 26%;
Korrupsiyadan - 25%;
Yüksək qiymətlərdən 22%;
İqtisadi böhrandan - 21%;
Aşağı təhsil səviyyəsindən - 9%;
Qanunun aliliyinin olmamasından - 7%;
Səhiyyə səviyyəsindən - 6%;
Miqrasiyadan - 1%.
Araşdırma zamanı Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2017-ci il ərzində inflyasiya 12,9% səviyyəsində proqnozlaşdırılır, 2018-ci il üçün proqnoz isə 6,9%-dir.
2018-ci ildə manatın dollara nisbətdə orta illik məzənnəsi 1,59 (hazırda 1,7) təşkil edəcək. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər əmək haqlarının və əhalinin gəlirlərinin aşağı olması ilə əlaqədar daxili tələbatın bir qədər sabitləşəcəyini gözləyir ki, bu da neft sektoru ilə bağlıdır.
Ölkə iqtisadiyyatının kreditləşməsində artım olmamasıö ÜDM artımı sürətini məhdudlaşdırır.
Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorlarında kiçik artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər.
Ötən il pərakəndə satışların artımı 2,0% ətrafında dəyişib, əmək haqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
İngilis dilində məruzənin tam mətnini https://research.ing.com/homesəhifəsində, House-keeping for 2018/Russia & CIS macro outlook hissəsində oxumaq olar. Araşdırmanın sifarişçisi Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramıdır. -0-