Azərbaycanlıları söyən çeçen ÜZR İSTƏDİ: “Bu, utancverici hərəkət idi” - Video

Baxış sayı:
8878

Çeçen “Mansur Starıy” azərbaycanlıların ünvanına işlətdiyi sözlərə görə üzr istəyib.
O, müraciətində Azərbaycan xalqına qarşı işlətdiyi ifadələrə görə tövbə etdiyini bildirib.
“Bu, bəzilərinin, o cümlədən mənim də inandığım erməni təxribatı idi. Buna görə mən bütün Azərbaycan xalqından dərin üzr istəyirəm. Bu, utancverici hərəkət idi”, - çeçen bildirib.
Qeyd edək ki, Rusiyada azərbaycanlılarla çeçenlar arasında konfliktin erməni təxribatı nəticəsində baş verdiyini jurnalist Fuad Abbasov üzə çıxarıb./Axar