Azərbaycanlılara işgəncə vermiş erməni generalın ayağını kəsəcəklər

Baxış sayı:
205

Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, əgər hakimiyyət lazımi tədbirlər görməsə, müvəkklinin hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkilin sözlərinə görə, Qriqoryanın vəziyyəti daha da pisləşib. Belə ki, onun ayaqlarını amputasiya etmək lazım olacaq. Hazırda sabiq deputat süni nəfəs aparatı ilə yaşayır.
Baqdasaryan, həmçinin Ermənistan rəhbərliyinə, Baş nazir Nikol Paşinyana müraciət edərək müvəkkilinə qarşı qanunu pozanların cəzalandırılmasını tələb edib. O, əks halda hakimiyyəti Avropa Məhkəməsinə şikayət edəcəyi ilə hədələyib.
Qeyd edək ki, M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda və böyük məbləğdə dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.
Xatırladaq ki, Manvel Qriqoryan Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşlərdə iştirak edib. O, xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.