Azərbaycanlılar yaşayan kənddə karantin götürüldü – VAXTINDAN ƏVVƏL

Baxış sayı:
379

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində sərt karantin rejimi götürülüb.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Ötən gün kənddə sərt karantin qaydalarının iyulun 6-da ləğv olunmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejimi aprelin 25-dən tətbiq olunub. Kənddə koronavirus 80 sakində aşkarlanıb. Onların 1-i vəfat edib.