Azərbaycanlılar Tiflisdə kütləvi etiraza başlayır

Baxış sayı:
8437

Gürcüstan azərbaycanlıları fevralın 8-də Tiflisdə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.
Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb.
Tiflis meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.