AZƏRBAYCANLILAR RUSİYANIN SAYCA İKİNCİ XALQINA ÇEVRİLİR?

Rusdilli internet saytlarında son dövrlərdə Rusiya Feredasiyasının paytaxının əhalisi barədə məxfi olduğu bildirilən maraqlı bir məlumat yayılır.
Məlumatda deyilir ki, Moskvanın 11 milyon əhalisinin yalnız 4 mln 600 min nəfəri slavyan – rus, ukraynalı və belorusdur. İlk dəfə Asiarussia.ru saytında verilən informasiyanın güc strukturlarından birindəki mənbədən alındığı və rəsmi statistikada bu rəqəmlərin açıqlanmadığı yazılıb.
Beləliklə, həmin mənbənin məlumatına görə, son illərdə Rusiya paytaxtının milli tərkibi belədir:
ruslar – 31%
azərbaycanlılar – 14%
tatarlar, başqırdlar, çuvaşlar – 10 %
ukraynalılar – 8%
ermənilər – 5%
taciklər, özbəklər, qazaxlar, qırğızlar – 5%
koreyalılar, çinlilər, vyetnamlılar – 5%
çeçenlər, dağıstanlılar, inquşlar – 4%
beloruslar – 3%
gürcülər – 3%
moldovanlar – 3%
qaraçılar – 3%
yəhudilər – 2%
başqa xalqlar – 4%.

Yəhudilər sayca az olsalar da, zənginlərin sayına görə liderlər sırasındadırlar.
Azərbaycanlılar isə paytaxtda olduğu kimi regionlarda da sayca bu qədər çoxdurlarsa, tezliklə Rusiyanın ikinci çoxsaylı xalqına çevriləcəklər (burada yaşayan soydaşlarımızın sayının 2,5-3 milyon civarında olduğu güman edilir, lakin Moskva şəhəri barədə yuxarıdakı məlumatdan sonda bu rəqəmin daha da çox olduğu zənni yaranır). Lakin, kəmiyyətlə yanaşı, keyfiyyət də əsasdır. Yəni Rusiyadakı soydaşlarımızın birliyi və onlarla əlaqəmiz yüksək səviyyədə olmalıdır(hurriyyet.org).