​Azərbaycanlılar Həcc PULUNU KÜRDLƏRƏ GÖNDƏRDİLƏR

Qərbi Azərbaycan idmançıları Kirmanşahda zəlzələdən zərər çəkənlərə 1 milyard İran rialı yardım ediblər.
Axar.az İran mətbuatına istinadən xəbər verir ki, zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində azərbaycanlı idmançılar 1 milyard İran rialı və 4 TIR lazımi ləvazimatı Kirmaşah bölgəsinə yardım üçün göndəriblər.
Bu kompaniyanın təşkili üçün azərbaycanlı idmaçı gənclər və Qərbi Azərbaycan idman komitəsinin üzvləri maaşlarının yarısını sərf ediblər.
İdmançılardan əlavə, azərbaycanlı bir cütlük Həcc səfəri üçün yığdıqları pulu da yardım kampaniyasına bağışlayıb.
Qeyd edək ki, bir müddət əvvəl PJAK (PKK) terrorçuları sərhəddə xidmətdən evlərinə qayıdan 8 azərbaycanlı sərhədçini qətlə yetirmişdilər.