"Azərbaycanlılar döyülüb geri qaytarılır" - DEPUTAT

Baxış sayı: 326

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Gənclər və İdman nazirinə məktub yazaraq, Futbol Federasiyasının Azərbaycanın “Traktor” komandasına qarşı etdiyi ayrı-seçkiliyə etiraz edib.
 
 “Azərbaycanın “Traktor” futbol komandasına əziz Tehranın iki komandası kimi dəstək verilsin” başlığı ilə yazılan məktubda “Traktor”la Tehran komandalarına fərqli münasibətin olduğu qeyd olunub.
“Traktor”la Tehran komandaları arasında keçirilən görüşlərdə “Traktor” tərəfdarları döyülərək məzlum şəkildə Azərbaycana qayıdırlar. Federasiya rəqib komandalara (“İstiqlal” və “Perspolis” nəzərdə tutulur) qarşı heç bir tədbir görmür”, - məktubda bildirilir.
Azərbaycanlı millət vəkili açıq şəkildə heç bir görüşün adını çəkməyib, lakin onun ötən günlərdə Tehranda keçirilən “Traktor”-“İstiqlal” görüşünə işarə etdiyi ehtimal olunur. Həmin görüşdən sonra Federasiyanın İnzibati Komitəsi “Traktor” tərəfdarlarını qanunu pozmaqda günahlandıraraq, Azərbaycan klubunu 15 milyon tümən cərimələyib.
Bu görüşdə hakimin ədalətsiz qərarları da diqqət çəkib./axar.az