Azərbaycanlılar ayağa qalxdı: Ermənistana sement daşınır

Baxış sayı:
28090

Güney Azərbaycanın sement zavodlarından tonlarla sement Ermənistana daşınır.
Bu barədə azərbaycanlı milli-mədəni fəallar məlumat yayıb.
Onların sözlərinə görə, Güney Azərbaycanın sement zavodlarından gündə ən azı 25 TIR sement İran-Ermənistan arasındakı sərhəd keçid məntəqəsinə, oradan da işğal altında olan Dağlıq Qarabağ və Ermənistan şəhərlərinə aparılır.
Qeyd edək ki, İranda sement son günlər 12 faizə qədər bahalaşıb. Ölkədə ən böyük sement zavodu olan “Sofiyan” Təbrizdə yerləşir.