​Azərbaycanlı xanıma YÜKSƏK VƏZİFƏ VERİLDİ

Estoniyanın paytaxtı Tallin merinin müavini vəzifəsinə Züleyxa İsmayılova təyin edilib.
Bu barədə məlumatı Estoniya mətbuatı yayıb.
Qeyd edək ki, İsmayılova 1985-ci ildə Tallində anadan olub. Onun anası eston, atası isə azərbaycanlıdır. Evli olan İsmayılovanın iki övladı var. O, Estoniyada aktivist və jurnalist kimi daha çox tanınıb.
Soydaşımız siyasətlə 2005-ci ildən məşğul olmağa başlayıb. 2005-2012-ci illərdə Sosial Demokrat Partiyasında çalışan İsmayılova sonradan buradan çıxıb. Bu ilin martında o, Estoniyanın Yaşılları Partiyasının sədri seçilib./Axar.az/