Azərbaycanlı xadimədən şok cinayət – Çayına yuxu dərmanı qatıb...

Baxış sayı:
7087

Azərbaycanlı xadimə Türkiyədə şok cinayət törədib.
Mərmum rejissor Osman Yağmurdərəlinin həyat yoldaşı Esin Yağmurdərəli bu haqda açıqlama verib. O, bildirib ki, evdə tək yaşayır. Bir müddət əvvəl ona kömək etməsi üçün şirkətlərin vasitəçiliyi ilə azərbaycanlı qadını evinə gətirib. 
Qadın ona üç gün ev işlərində yardım edib. Sonra isə azərbaycanlı xadimə onun çayına yuxu dərmanı qatıb. Rejissorun həyat yoldaşı yuxuya getdikdən sonra onun bütün zinət əşyalarını oğurlayaraq Azərbaycana qaçıb.
Esin Yağmurdərəli bildirib ki, məsələ ilə bağlı Türkiyə və Azərbaycanın hüquq mühafizə orqanlarına müraciət edib./yeni sabah