Azərbaycanlı "vor zakon"ların dəbdəbəli məzarları rus mediasında - FOTOLAR

Baxış sayı:
9978

"Ekspress-qazeta" kriminal avtoritetlərin dəbdəbəli məzarlarının siyahısını hazırlayıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda azərbaycanlı "vor zakon"ların məzarları da yer alıb. Materialda 2016-cı ildə Türkiyənin İstanbul şəhərində öldürülən kriminal avtoritet Rövşən Lənkəransikinin (Caniyev) Azərbaycanda dəfn olunduğu qeyd edilib. Orada onun üçün böyük heykəl ucaldıldığı bildirilib. Siyahıda daha bir azərbaycanlı kriminal avtoritetin də məzarı yer alıb. Bu, Hikmət Sabirabadskidir (Muxtarov). Onun qəbrinin üstündəki heykəl avtoritetin qızılı taxt-tacda oturduğunu əks etdirir. "Yaponçik" ləqəbli rusiyalı kriminal avroritet Vyaçeslav İvankovun məzarı isə Rusiyanın Moskva şəhərində yerləşir. Əvvəllər onun qəbri üstünə ödənişli ekskursiyalar da təşkil olunurdu.