​Azərbaycanlı "vor zakon" Qazaxıstanda tutuldu: Tapança, qumbara...

Baxış sayı:
3697

Gürcüstan və Azərbaycan ərazisində cinayətkar fəaliyyətlə məşğul olan, Azərbaycan vətəndaşı “vor zakon” Qazaxıstanda həbs edilib.
Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatla ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Almas Sadubayev çıxış edib. Polisin məlumatına görə tutulan şəxs Azərbaycan vətəndaşıdır, onu DİN, Milli Təhlükəsizlik Komitəsi Akmolinsk vilayətinin hüquq-mühafizə əməkdaşları birgə keçirdikləri əməliyyatla saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şuçinsk şəhərində azərbaycanlı “vor zakon”un qaldığı oteldə əməliyyat keçiriblər və onu tutublar.
“Saxlanılan şəxsin üzərindən patronları ilə birlikdə tapança, döyüş qumbarası və narkotik maddə tapılıb. O, Qazaxıstana Tbilisidən aviareyslə gəlib və ilkin məlumatlara görə qohumları Gürcüstanda, Azərbaycanda yaşayan azərbaycanlı sahibkarlardan reketçiliklə pul toplamaq niyyətində olub”-Sadubayev bildirib.
Saxlanılan şəxsin kimliyi açıqlanmır, o müvəqqəti saxlanma təcridxanasına salınıb. Təhqiqat gedir.