Azərbaycanlı Türkiyədən qovuldu: GEYİMİNƏ GÖRƏ

Türkiyənin Qars bölgəsində Azərbaycan əsilli N.Ş. polis tərəfindən saxlanılıb.
 
O, üzərində "Hero" (Qəhrəman) yazılmış köynəyinə görə polis bölməsinə aparılıb.
Məlumatlara görə, dindirildikdən sonra N.Ş. Azərbaycana ekstradisiya edilib.
Qeyd edək ki, Türkiyədə bu yazılı geyimlərdən istifadə qadağan olunub. Buna səbəb 15 iyul hadisələrində 250 nəfərin ölümünə səbəb olan şəxslərdən birinin məhkəmə zalına üzərində "Hero" yazılmış köynəyi geyməsi olub.