Azərbaycanlı tələbə Nalbəndyanı belə pərt etdi - Video

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İtaliyaya səfəri zamanı Romanın La Sapienza Universitetində gözlənilməz situasiya ilə üzləşib.
 
Belə ki, universitetin tələbəsi Emin Rüstəmovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı erməni naziri çətin vəziyyətə salıb.
Tələbə soruşub ki, sizin Qarabağın müqəddəratı haqqında danışmağınız faşist Almaniyası tərəfindən keçmiş Çexoslovakiyanın Sudet vilayətinin işğalına bənzəyir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırdır:
“Siz İtaliyanın təcrübəsindən öyrənə bilərsiniz. İtaliyanın Trentino-Alto Adige modeli dünyada avtonomiyanın ən nümunəvi modellərindəndir və Qarabağ üçün də örnək ola bilər”.
Nalbəndyan isə suala cavab vermək əvəzinə 13 dəqiqə ərzində dolaşıq fikirlər səsləndirib. Erməni tərəf görüşün videosunu paylaşanda həmin hissəni çıxarıblar, amma Azvision.az görüşün səs yazısını əldə edə bilib.
Diqqət edin ki, Nalbandyan cavabında İslam Əməkdaşlıq Təşkilatını da faktiki təhqir edərək, savadsızlıqda günahlandırıb.
Nalbəndyanın Qarabağla bağlı sualdan qaçması əslində, anlaşılandır. Axı, o, nə deyə bilərdi ki?! Sadəcə olaraq, bir daha ortaya qoydu ki, İrəvanın bütün xarici siyasəti və Qarabağla bağlı tezisləri bir tələbənin sualının qarşısında darmadağın olacaq qədər quramadır.
Qeyd edək ki, Nalbəndyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdən sonra da oxşar vəziyyətlə qarşılaşmış və ona Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab vermişdi. Jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?” sualının qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir pərt şəkildə “Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”,- demişdi. Bu, onu göstərir ki, artıq erməni diplomatiyası təkcə simasını yox, əsəblərini də itirir.