Azərbaycanlı tələbə Gürcüstanda suda boğuldu

Baxış sayı:
400

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.
Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.