Azərbaycanlı tələbə beşinci mərtəbədən yerə düşdü - TÜRKİYƏDƏ

Baxış sayı:
7921

Türkiyədə təhsil alan azərbaycanlı tələbə beşinci mərtəbədən yıxılıb.

Bu barədə DHA məlumat yayıb. 

Məlumata görə, yıxılan şəxs 20 yaşlı Həmdəmin Balakişiyevdir. Hadisə Karaman əyalətindəki yataqxanada baş verib. 

İddiaya görə o, eyvana hava almaq üçün çıxıb və beşinci mərtəbədən yerə düşüb. 

Onun epilepsiya xəstəsi olduğu, hava almaq üçün eyvana çıxan zaman tutma yarandığı, bu səbəbdən yıxıldığı iddia olunur. 

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.