Azərbaycanlı sükan arxasında yuxuladı, qəzaya düşüb öldü

Baxış sayı:
12187

Azərbaycanlı Belarusun Smoleviç rayonunda ağır yol qəzası törədək dünyasını dəyişib.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 2-də təqribən saat 05:30-da Sloboda şəhərinin yaxınlığında Minsk istiqamətində hərəkət edən "Peugeot 307" avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırdıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb Azərbaycan vətəndaşının sükan arxasında yuxulaması olub.

O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində keçinib.