Azərbaycanlı qızın ACI TALEYİ: Nişanlısını qəzada itirdi, sonra özü öldü, bir il sora isə... - VİDEO

Baxış sayı:
11568

Xəbər verdiyimiz kimi 2017-ci ilin mayın 31-də Bakının Nərimanov rayonu ərazisində faciə ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib. Qəzada “Hyundai” markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 32 yaşlı Aysel Quliyeva vəfat edib. 
BiG.AZ xəbər verir ki, Aysel Quliyeva 1985-ci il, iyulun 11-də Zəngilan rayonunda, həkim ailəsində dünyaya gəlib. Atası Ruslan Quliyev uzun müddət Zəngilan rayon Mincivan Dəmir Yolu Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Hazırda yaşı ilə əlaqədar təqaüdə çıxıb.
Aysel Quliyeva Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Zəngilan rayon 34 saylı orta məktəbində tədris hissə müdiri vəzifəsində çalışan
Qeyd edək ki, Aysel Quliyevanın nişanlısı 2007-ci ildə tələbə olarkən Ramazan ayında Moskva şəhərində avtomobil qəzasında dünyasını dəyişir. Ayselin ölümündən sonra ailənin faciəsi bitmir. Belə ki, Aysel Quliyevanın il mərasiminə 1 gün qalmış qardaşı 26 yaşlı Elçin Quliyev dünyasını dəyişir. 
Xatırladaq ki, Aysel Sovet İttifaqı Qəhrəmanı Vəli Quliyevanın nəvəsidir.