Azərbaycanlı qadının meyiti tapıldı - TÜRKİYƏDƏ
6-08-2017 12:00
Türkiyənin Düzcə vilayətinin Yığlıca qəsəbəsinə bağlı Hocatman kəndində yaşayan Azərbaycan vətəndaşı qadın evində ölü tapılıb.
virtualaz.org xəbər verir ki, Azərbaycan vətəndaşı, 67 yaşlı Sümbül İlğınin evinə gələn qonşuları onun qapını açmadığından şübhələniblər. İçəri girən qonşular qadının yerə uzanmış vəziyyətdə olduğunu görüblər və onun öldüyünü müəyyən ediblər. Jandarma hadisə yerini müayinə etdikdən sonra qadının cəsədi Düzcə xəstəxanasının morquna aparılıb.