​Azərbaycanlı qadını öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

Baxış sayı:
2555

Bir ay əvvəl Türkiyənin Qars rayonunda Azərbaycan əsilli Aydan Bayramovanı öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.
"Hürriyet" qəzeti yazır ki, hadisə keçən il noyabrın 2-də baş verib. Bir ay əvvəl Türkiyənin Qars rayonunda Azərbaycan əsilli Aydan Bayramovanı öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.
A.Bayramova Ərdahan yolu üzərindəki əyləncə məkanında tanışının ad günü şənliyində öldürülüb. A.Bayramovanın öldürülməsində Serkan Ç. şübhəli sayılıb və o, axtarışa verilib. Serkan Ç.-nin keçən il iyulun 23-də həmin əyləncə məkanı qarşısında baş verən, taksi sürücüsü Bünyamin Üreyilin öldüyü, 3 nəfərin yaralandığı silahlı atışmada da iştirak etdiyi üzə çıxıb. Taksi sürücüsünün ölümündə də Serkan Ç. əsas şübhəli sayılıb.
Qars Polis İdarəsinin əməkdaşları A. Bayramovanın ölümü ilə bağlı axtarışda olan Serkan Ç.-nin yeni il gecəsi şənliyi zamanı elə həmin əyləncə məkanında olduğu barədə məlumat alıblar. Serkan Ç. gecə saat 02.30 radələrində əyləncə məkanında saxlanılıb. Serkan Ç.-nin üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi "Glock" markalı tapança və 2 qr sintetik narkotik vasitə aşkarlanıb.
Əyləncə məkanında keçirilən əməliyyat zamanı polisin Serkan Ç.-ni yaxalamasına mane olmağa çalışan 15 nəfər haqqında da təhqiqat başlayıb.
A.Bayramova Ərdahan yolu üzərindəki əyləncə məkanında tanışının ad günü şənliyində öldürülüb. A.Bayramovanın öldürülməsində Serkan Ç. şübhəli sayılıb və o, axtarışa verilib. Serkan Ç.-nin keçən il iyulun 23-də həmin əyləncə məkanı qarşısında baş verən, taksi sürücüsü Bünyamin Üreyilin öldüyü, 3 nəfərin yaralandığı silahlı atışmada da iştirak etdiyi üzə çıxıb. Taksi sürücüsünün ölümündə də Serkan Ç. əsas şübhəli sayılıb.
Qars Polis İdarəsinin əməkdaşları A.Bayramovanın ölümü ilə bağlı axtarışda olan Serkan Ç.-nin yeni il gecəsi şənliyi zamanı elə həmin əyləncə məkanında olduğu barədə məlumat alıblar. Serkan Ç. gecə saat 02.30 radələrində əyləncə məkanında saxlanılıb. Serkan Ç.-nin üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi "Glock" markalı tapança və 2 qr sintetik narkotik vasitə aşkarlanıb.
Əyləncə məkanında keçirilən əməliyyat zamanı polisin Serkan Ç.-ni yaxalamasına mane olmağa çalışan 15 nəfər haqqında da təhqiqat başlayıb.