Azərbaycanlı qadın Türkiyədə həbs olundu - UKRAYNANIN MÜRACİƏTİ ƏSASINDA

Baxış sayı:
1999

Türkiyənin Dənizli şəhərində Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Azərbaycan vətəndaşı həbs olunub.
1980-cı il təvəllüdlü Əminə Məmmədova insan alverində ittiham olunaraq saxlanılıb.
Onun barəsində Kiyev şəhər Peçerskiy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ə.Məmmədova Ukraynadan bir çox qadınları Türkiyə və ərəb ölkələrinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunur. (Report)