​Azərbaycanlı qadın İsveçdə deputat oldu - FOTOLAR

Baxış sayı:
15646

Azərbaycanlı qadın İsveçdə parlament seçkilərində deputat seçilib.
Muxalifet.az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsveçdə "Azərbaycan naminə” təşkilatının rəhbəri Nadir Qollenbrand məlumat verib.
Onun sözlərinə görə, 26 yaşlı Aylin Fazelian İsveç Sosial-Demokrat partiyasından deputat seçilib.
Onun 34 yaşlı bacısı Aydan Kərimli isə Vastra Qotaland vilayətində partiya mərkəzinin bələdiyyə məsləhət şurasının üzvü olub.
"Qeyd edim ki, onların ögey ataları Avropa ölkəsində deputat olub. Hazırda hökumətdə kimin təmsil olunacağı məlum deyil, məsləhətləşmələr davam edir. Bildirim ki, azərbaycanlı qadın ilk dəfə bir Avropa ölkəsində deputat oldu”, - deyə Nadir Qollenbrand bildirib.

Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)