Azərbaycanlı professor Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsləhətçisi oldu

Baxış sayı:
1018

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor və keçmiş rektor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.
Türkiyə KİV-ləri xəbər verir ki, sərəncam Rəsmi Gəzetdə dərc olunub.

Professor Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.

Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurası ölkənin xarici siyasətinə dair təkliflər işləyib hazırlayır, regional problemlərin həllinə dair təkliflər irəli sürür, təhlükəsizlik məsələlərinə dair konsepsiyalar işləyib hazırlayır.