Azərbaycanlı namizədlə gürcü namizəd canlı efirdə yumruqlaşdı - VİDEO

Gürcüstan parlamentinə namizədliyini irəli sürən azərbaycanlı namizəd canlı efirdə rəqibi ilə əlbəyaxa olub.
Hurriyyet.org gürcü mediasına istinadən xəbər verir ki, hadisə namizədlərin yerli telekanalın canlı efirində yayımlanan debatında baş verib. Əlbəyaxa davaya Demokratik hərəkatın namizədi Vepxi Qurgenişvili və Sənayeçilər siyasi blokunun namizədi, Marneulidən olan Polad Xalıqov qarışıblar.
Sentyabrın 21-də Kvemo-Kartli bölgəsinin yerli telekanalının efirində polemika zamanı savaşmazdan əvvəl, onlar bir-birini təhqir ediblər. Çəkiliş qrupunun aparıcısı və üzvləri siyasətçiləri sakitləşdirməyə çalışıblar. Ancaq siyasilər yumruqlaşmağa başlayıblar. Bununla belə, onları bir-birindən ayırmaq mümkün olub.