​Azərbaycanlı müğənni Qarabağda şəhid olan ərinin GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI - VİDEO

Baxış sayı:
6868

“Doğum günün mübarək, şəhidim! Unudulmayanlar! Sizləri unutmadıq... Vətən üçün doğuldunuz, Vətən uğrunda öldünüz. Bu gün Cəbrayılın igid oğlu, Cəbrayıl torpağını canından əziz bilib orada şəhidlik zirvəsinə ucalan Zahid Əhmədovun doğum günüdür”.
Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva instaqramda Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Zahid Əhmədov haqqında yazıb. Xanəndə şəhidin 10 yanvar tarixində doğum günü olduğunu qeyd edib. O, sosial şəbəkədə həyat yoldaşı və Qarabağda şəhid olan hərbçilərin görüntülərini paylaşaraq onların xatirəsini yad edib.