Azərbaycanlı müğənni koronavirusa yoluxdu:"Çox insanla ünsiyyətdə olmuşam..."

Baxış sayı:
2648

Azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub.

Bu haqda ifaçı İnstaqram səhifəsində yazıb:  

"Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm",- deyə ifaçı təmasda olduğu insanlara xəbərdarlıq edib.

Qeyd edək ki, Bəxtiyar Əliyev Rusiyada yaşayır və orada populyarlaşıb./Musavat.com