Azərbaycanlı müğənni həyat yoldaşını XƏYANƏT edərkən tutdu - Sudurqa keçirdi - FOTO
Milli.Az xəbər verir ki, bunu Aynur Dadaşova şəxsi həyatı ilə bağlı "Ay Zaur"da danışarkən deyib.
Xanım müğənni həyat yoldaşından rəsmi olaraq 2 ildir ayrıldığını da etiraf edib:
"Ayrılmağımıza səbəb xəyanət oldu. Xəyanəti bağışlamıram, artıq 2 ildir! Dəfələrlə xəyanət etdi, bağışladım. Artıq 2 ildir subayam. Bu vaxta kimi bunu niyə gizlətdiyimi deyim: çünki çəkinirdim ki, insanlar barəmdə artıq söz deyərlər. Bizim sənətdə özünüz bilirsiniz ki, biri yaxşı baxır, biri pis baxır. İstəmirsən ki, kimsə sənə yaxınlaşıb artıq bir söz desin. Saf bir ailəmin olmağını istədim. Düzgün insan üçün canımı da verərəm. Mən xəyanətini tutanda məni sudurqa tutdu. Özümü və övladlarımı fikirləşdim. Düşündüm belə bir hal bir də keçirtsəm, mən ölə bilərəm".
Qeyd edək ki, Aynurun bu evlilikdən iki övladı var (bir qız, bir oğlan ).