Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO

Baxış sayı:
8155

Əslən azərbaycanlılardan ibarət “HammAli & Navai” duetinin iştirakçısı Nəvai Bəkirovun qazaxıstanlılara eşq elan etməsi ona baha başa gəlib. 

Nəvai Bəkirov Qazaxıstanda konsert zamanı başından xəsarət alıb.

Müğənni “Instagram” hesabının hekayə bölümündə başına gələn xoşagəlməz hadisə barədə məlumat paylaşıb. 

“Qazaxıstandan ayrıldıqda qazax xalqına olan sevgimi etiraf etdim və cavab olaraq başıma bir şey atıldı. Nəticədə isə başım partladı. Təşəkkür edirəm”.

Müğənni bundan sonra bir daha Qazaxıstanda çıxış etməyəcəyini söyləyib. 

Musiqiçilər məşhurluğu 2017-ci ildə əldə edib. Onların ilk hitləri olan “Pustite menya na tantspol” Rusiyanın ən çox dinlənilən 20 mahnısına daxil edilib. Duetin ən son hit mahnısı olan “Let Me On The Dance Floor” “YouTube”da 90 milyon baxış toplayıb.