Azərbaycanlı məşhuru ABŞ-da maşın vurdu
24-11-2019 23:31
Baxış sayı:
3896
Tanınmış repçi, keçmiş HOST qrupunun üzvü Orxan Zeynallı ABŞ-da yol qəzasına uğrayıb.
Kult.az xəbər verir ki, repçi bu barədə sosial şəbəkədə qeyd edib.
O bildirib ki, qəza nəticəsində beyin silkələnməsi yaşayıb və başının arxa hissəsində bir neçə çat yaranıb.
"Başımda cüzi daxili qanaxma var. 1-2 həftəlik yataq rejimindən sonra yenə normal həyata geri dönəcəm", - O.Zeynallı bildirib.