Azərbaycanlı model ABŞ-da yeni serialı üçün rus qızları axtarır - VİDEO

Baxış sayı:
11344

Azərbaycanlı model və blogger “Ruslana Gee” kimi daha yaxşı tanınan Ruslana Cavadova Amerikada yeniyetmə rus qızları arasında yeni serialı üçün müsabiqə elan edib.

Muxalifet.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə modelin özünün YouTube kanalında yayımlanan yeni bir videoda bildirilib.
Aktrisalar arasında fikir ayrılığına səbəb olan "Amerikalı yeniyetmələr" adlı filmin ilk seriyasının qalmaqallı nəticəsindən sonra, Cavadova xeyli müddətdir yeni bir layihə çəkməkdən imtina etmişdi. Ancaq dostlarının və abunəçilərinin onu inandırmasından sonra yenidən risk götürməyə qərar verib.
"Serialımın bütün təfərrüatlarını, hətta adını da açıqlaya bilmirəm. Çox gözəl olacaq. Sosial şəbəkədəki abunəçilərimizin seçməli olduğu dörd pulsuz rolum var. Bütün qızlar mənim videomda təmsil olunub", -deyə model açıqlama verib.
Bir blogger üçün ən başlıcası bütün aktrisaların rus dilində danışa bilmələridir. Bu səbəbdən də o, seçim zaçanı diqqəti əsasən rus qızlarına yönələcəyini bildirib.
Xatırladaq ki, Ruslana Bakıda anadan olub. Uşaqlıqdan, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahələrinə maraq göstərib. 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycan kimi ölkələrdə yayımlanan moda jurnalının illik L'Officiel mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Blogger" mükafatlarına layiq görülüb. Cavadova həm də zərgərlik dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Angelesdə davam etdirməyə qərar verib.

Muxalifet.az