Azərbaycanlı milyarderlərin daha bir bazarında reyd başladı - POLİS VƏ FTX "FOOD CITY"DƏ AXTARIŞLAR APARIR - VİDEO

Baxış sayı:
6004

Dünən Moskvadakı “Sadovod” bazarında başlamış axtarışlar bu gün səhər saatlarında əsasən azərbaycanlıların işlədiyi “Food City” bazarında davam etdirilib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, DİN və FTX əməkdaşları kütləvi şəkildə bazara daxil olublar.
Lakin bazarda, demək olar ki, alverçilərdən heç kim olmayıb. Mənbənin bildirdiyinə görə, bazarda kimsə yanğın siqnalizasiyasını işə salıb və satıcılar qaçıblar.
Axtarış tədbirləri boş mağazalarda davam etdirilir.