Azərbaycanlı milyarderin Tramp və Ərdoğanla biznes əlaqələri ÜZƏ ÇIXDI

Araşdırma Jurnalistikasının Avropa Şəbəkəsi (EİC) Türkiyədə bizneslə məşğul olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov haqda gizli məlumatları dərc edib.
 
Təşkilat xəbər verir ki, yeni sənədlər Mənsimovun Tramp və Ərdoğanla biznes əlaqələrindən bəhs edir.
“2008-ci ildə Ərdoğanın ailəsi Mübariz Mənsimovdan 25 milyon dollarlıq neft tankeri hədiyyə alıb. Azərbaycanlı milyarder Ərdoğan iqtidara gəlməzdən 2 il əvvəl bu ölkənin vətəndaşı olmuşdu. O, soyadını çox güman ki, Ərdoğanın təklifi ilə Qurbanoğluna dəyişib. Səxavətli hədiyyədən sonra Mənsimovun işləri uğurla inkişaf edib” – deyə sənddə qeyd olunur.
 EİC-in məlumatına görə, Mənsimov 2009-cu ildə Donald Trampın biznes partnyoru olub və İstanbulda inşa olunan Tramp qülləsində bir neçə ofisə investisiya yatırıb. Bundan  başqa, Mənsimov Trampın 2017-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti kimi keçirilən inauqurasiuyasına da dəvət alıb.