​Azərbaycanlı merə qarşı CİNAYƏT İŞİ AÇILDI

Baxış sayı:
3028

Dərbənd rayon administrasiyasının rəhbəri Maqomed Cəlilova qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi qaldırılıb.
Axar.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Rəsul Temirbekov söyləyib. Onun sözlərinə görə, Cəlilov Dərbənd rayonuna 2,2 milyon rubl zərər vurub.
Qeyd edək ki, bir neçə həftə öncə Cəlilovun həbsi ilə bağlı informasiya yayılsa da, sonradan təkzib edilmişdi.