​Azərbaycanlı kişi qadına görə ermənini öldürdü

Baxış sayı:
3767

Rusiyanın Saxalin vilayətində azərbaycanlı ilə erməninin iştirakı ilə meydana gələn “məhəbbət üçbucağı” ölümlə nəticələnib.
Muxalifet.az bölgənin istintaq komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər məhkumluğu olan 37 yaşlı Azərbaycan vətəndaşına qarşı cinayət işi üzrə istintaq başa çatıb.
Həmin şəxs zərərçəkənin ölümü ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinir. Cinayət işi Anivsk rayonu, Novotroyisk kəndi, Yantar küçəsinin ərazisində tapılmış kişi meyitinin aşkarlanmasından sonra qaldırılıb; üzərində çoxsaylı bədən xəsarətlərinin əlamətləri olan meyitin 51 yaşlı Ermənistan Respublikasında doğulmuş kişiyə aid olduğu müəyyənləşib.
İstintaq versiyasına görə, zərərçəkən vilayət mərkəzində bir qadınla 22 ildən çox yaşayıb. Onların vətəndaş nikahından iki övladı var. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə zərərçəkən bir müddət həbsdə olub. 2017-ci ilin mart ayında cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra həmin qadının başqa bir kişi ilə yaşadığını öyrənib. Həmin kişi evi tərk etsə də, qadına baş çəkməyə və zəng etməyə davam edib.  
Avqustun 5-də zərərçəkən vətəndaş nikahında olduğu qadınla Novotroytsa kəndində olan tanışlarıgilə qonaq gedib.Təqsirləndirilən şəxs dostları ilə iki maşında yollanaraq, zərərçəkəni söhbətə çağırıb. Sonuncu qonaqlardan biri ilə onların qarşısına çıxıb.
Təqsirləndirilən şəxs dostları ilə birgə onları döyməyə başlayıb. Sonradan münaqişəyə hadisə şahidləri müdaxilə edib. Yalnız bundan sonra təqsirləndirilən şəxs və onun dostları avtomobillərə minərək, hadisə yerini tərk ediblər. Zərərçəkən aldığı xəsarətlərin ağırlığından dünyasını dəyişib. 
Cinayət işi təsdiqlənmiş ittihamnamə ilə birgə məhkəməyə göndərilib.